DÇ-2022: Uelsdən əzmkar heç-heçə - YENİLƏNİB
22.11.2022 - 01:05
DÇ-2022: Uelsdən əzmkar heç-heçə  - YENİLƏNİB

Qətərdə keçirilən DÇ-2022-nin ikinci oyun gününə B qrupunun matçı ilə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, qrupda turun son görüşündə ABŞ və Uels yığmaları görüşüb.

Qaret Beyl və komanda yoldaşları Avropa təmsilçisinin mundiala qələbə ilə başlamaq istəsələr də, alınmayıb. Onlar matçın sonlarına yaxın bərabərliyə nail olub.

Oyunda hesabı Timoti Vea ilə amerikalılar açıb. 82-ci dəqiqədə penaltidən fərqlənən Qaret Beyl matçın yekun hesabını müəyyənləşdirib - 1:1.

Qeyd edək ki, qrupun bu gün daha öncə baş tutan digər matçında İngiltərə İrana böyükhesabla qalib gəlib - 6:2.

DÇ-2022, qrup mərhələsi
21 noyabr
B qrupu
23:00. ABŞ - Uels - 1:1
Qollar:
 Timoti Vea, 36 - Qaret Beyl, 82 (pen.)

writer photo
Əlirza Əlirzalı
0