DÇ-2022: Yaponiyadan ilk
23.11.2022 - 20:54
DÇ-2022: Yaponiyadan ilk

DÇ-2022-nin ilk turunda Almaniya ilə qarşılaşan Yaponiya millisində ilk yaşanıb.

Apasport.az xəbər verir ki, Asiyalılar mundiallar tarixində ilk dəfə birinci qolu buraxdığı matçda qələbə qazanıb.

Oyunda hesabı "bundestim" açsa da, "gündoğar ölkə" təmsilçisi 2 qol vuraraq aktivinə 3 xal yazıb.

Buna qədər Yaponiya millisi birinci qolu buraxdığı 9 matçın 2-də bərabərliyə nail olub, 7-də isə məğlubiyyətə üzülüb.

Həmçinin bu matçda yaponların hər iki qolunu sonradan meydana çıxan Ritsu Doan ("Frayburq") və Takuma Asano ("Bohum") vurub. Bununla da, Yaponiya dünya çempionatları tarixində Almaniya ilə oyunlarda ehtiyatdan matça qoşulan 2 futbolçusunun qol sevinci yaşadığı ilk milli komanda olub.

writer photo
Əlirza Əlirzalı
0