Yeni transfer tarixə düşdü
16.08.2022 - 10:21
“Liverpul”un hücumçusu Darvin Nunyes İngiltərə Premyer Liqasının II turunda “Kristal Pelas”la ev oyununda qırmızı vərəqə alıb.
Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan matçın 57-ci dəqiqəsində meydandan qovulan uruqvaylı forvard klubun tarixinə antirekordçu kimi düşüb.
23 yaşlı Nunyes 2010-cu ildə “Arsenal”la qarşılaşmada sona qədər meydanda qalmayan Co Kouldan sonra “Enfild Roud”dakı ilk Premyer Liqa oyununda qırmızı vərəqə alan ikinci futbolçudur.
Qeyd edək ki, Darvin Nunyes yay fasiləsində 75 milyon avro qarşılığında “Benfika”dan transfer olunub.
0
0