“Çelsi” PSV-dən onu gətirir
20.01.2023 - 11:11
“Çelsi” PSV-dən onu gətirir

İngiltərənin “Çelsi” klubu daha bir futbolçunun transferini rəsmiləşdirməyə yaxındır.

Apasport.az saytı xəbər verir ki, London təmsilçisi Niderlandın PSV komandasından Noni Maduekeni rənglərinə bağlayır.

Zadəganlar 20 yaşlı oyunçu üçün qarşı tərəfə 35 milyon avro ödəyəcək. Madueke yaxın günlərdə Londona gedərək rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, bu mövsüm 9 oyuna çıxan Noni 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0