Risklə gələn uduş - 20 min manata
18.11.2022 - 20:46
Risklə gələn uduş - 20 min manata

Tacikistan və Rusiya milli komandaları arasında yoldaşlıq oyunu proqnozsevərlərdən birini zənginləşdirib.

Apasport.az saytının məlumatına görə, better bu görüşə böyük məbləğdə mərc edib.

O, 714 min 250 rubl (təxminən 20 min manat) pulu ilə riskə gedib. Bukmeker kontorunun müştərisi 2,20 əmsalla dəyərləndirilən 4 Alt variantına üstünlük verib. 

Qarşılaşma həqiqətən də məhsuldar alınmayıb. Yekunda better 1 milyon 571 min 351,94 rubl (43 min 997,45 manat) uduşa sahib olub.

Qeyd edək ki, matçda ümumiyyətlə qol olmayıb – 0:0.
 

writer photo
Əlirza Əlirzalı
0