"Real Madrid" son 1 ildə ilk dəfə öz meydanında 3 qol buraxıb
10.04.2024 - 15:14
"Real Madrid" son 1 ildə ilk dəfə öz meydanında 3 qol buraxıb

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real Madrid” və “Mançester Siti” qarşılaşıb.

Apasport.az xəbər verir ki, "Real Madrid" son 1 ildə ilk dəfə ev oyununda 3 qol buraxıb.

Belə hal sonuncu dəfə 8 aprel 2023-cü ildə "Vilyarreal"la (2:3) matçda qeydə alınmışdı. 

Qeyd edək ki, "Real" və "Mançester Siti" cütünün cavab matçı aprelin 17-də keçiriləcək. 

 

writer photo
Əlirza Əlirzalı
0