Cud Bellinqem: “Heç vaxt susmayacağam”
02.11.2023 - 21:38
Cud Bellinqem: “Heç vaxt susmayacağam”

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem futbolda onu narahat edən problemi açıqlayıb.

Apasport.az xəbər verir ki, ingiltərəli gənc ulduz irqçilikdən şikayətlənib.

O, bu tip hərəkətləri qınayacağını, heç zaman susmayacağını bildirib: “Bu, məni narahat edir. Əminəm ki, son 24 saat ərzində aldığım mesajlara baxsaydım, irqçi təhqirlərə rast gələrdim. Bundan sonra da ucadan demək istəyirəm ki, bu cür davranışlar yolverilməzdir. Mən heç vaxt susmayacağam”.

Qeyd edək ki, 20 yaşlı futbolçu sonuncu “El-Klassiko”da Vinisus Juniora qarşı səsləndirilən irqçi şüarları qınayıb.

writer photo
Əlirza Əlirzalı
0