16 yaşında qol vurdu - tarixə düşdü
09.09.2023 - 01:34
İspaniya yığmasının hücumçusu Lamin Yamal futbol tarixinə düşüb.
Apasport.az-ın məlumatına görə, “Barselona”nın hücumçusu milli komandada qol vuran ən gənc üçüncü futbolçu olub.
Lamin Gürcüstan komandası ilə oyunda 16 yaş 57 günündə fərqlənib. Yamal bu göstəricidə 1882-ci ildə 15 yaş 160 günündə fərqlənən şimali irlandiyalı Sem Jonston və 1906-cı ildə 16 yaş 12 günündə qol vuran macarıstanlı Yojef Horvatdan geri qalıb.
Qeyd edək ki, İspaniya millisi səfərdə Gürcüstana 7:1 hesabı ilə qalib gəlib və son qolu Yamal rəqib qapısından keçirib.
0
0