"Nyukasl"da istefa
19.02.2024 - 23:57
"Nyukasl"da istefa

“Nyukasl”da istefa gerçəkləşib.

Apasport.az xəbər verir ki, "Nyukasl"ın idman direktoru Den Aşvort klubdan ayrılıb.

Premyer Liqa təmsilçisi yeni idman direktoru axtarışına çıxıb. Klub rəhbərliyi bu vəzifəyə bir neçə şəxsin namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, ingilis mütəxəssis 2022-ci ilin may ayının sonundan "Nyukasl"da çalışırdı.

writer photo
Əlirza Əlirzalı
0