Dembele: "Onlara zəncəfilli və ballı çay hazırladım"
17.12.2022 - 00:39
Dembele: "Onlara zəncəfilli və ballı çay hazırladım"

“Upamekano ilə Rabyonun başı ağrıyırdı, mən də onlara zəncəfilli və ballı çay hazırladım..."

Apasport.az xəbər verir ki, bunu Fransa millisinin hücumçusu Usman Dembele deyib.

O, millinin futbolçuları Adrien Rabyo və Dayo Upamekanonun soyuqdəymələrindən danışıb: "Onlar indi yaxşıdırlar. Düşünürəm ki, onlar finala hazır olacaqlar”.

Qeyd edək ki, daha əvvəl Fransa millisinin 5 futbolçusunun DÇ-2022-nin finalı öncəsi məşqi buraxdığı, onlardan 3-nün xəstələndiyi bildirilirdi. Dekabrın 15-də məlum olub ki, Rabyo və Upamekano soyuqdəymədən sonra ümumi qrupda məşqlərə qayıdıblar.

writer photo
Əlirza Əlirzalı
0