Eyni ildə dünya çempionatı və Çempionlar Liqasını qazananlar - SİYAHI
11.12.2022 - 10:34
Eyni ildə dünya çempionatı və Çempionlar Liqasını qazananlar - SİYAHI

İstənilən futbolçunun ən böyük arzusu dünya çempionu olmaq və Çempionlar Liqasını qazanmaqdır.

Apasport.az saytının məlumatına görə, dünyada milyonlarla oyunçu karyerası boyu bu iki titula həsrət qalıbsa, bəziləri hər ikisini başı üzərinə qaldırmağa müvəffəq olub.

Çox nadir hallarda isə hansısa oyunçu eyni mövsümdə həm dünya çempionatını, həm də Çempionlar Liqasını qazanmağın sevincini yaşayıb. Futbol tarixində cəmi 11 oyunçu bu möhtəşəm ili görüb. Maraqlıdır ki, onların 4-ü “Real”ın, 7-si isə “Bavariya”nın formasını geyinib.

Hazırda Qətərdə keçirilən DÇ-2022-ni qazanacaq oyunçulardan da kimlərsə mövsümün sonunda Çempionlar Liqasında finişə çatmaqla bu siyahıya düşə bilər.

1. Roberto Karlos (2002 – Braziliya, “Real”)
2. Sami Xedira (2014 – Almaniya, “Real”)
3. Rafael Varan (2018 – Fransa, “Real”)
4. Kristian Karembö (1998 – Fransa, “Real”)
5. Pol Breytner (1974 - Almaniya, “Bavariya”)
6. Herd Müller (1974 - Almaniya, “Bavariya”)
7. Uli Höness (1974 - Almaniya, “Bavariya”)
8. Frans Bekkenbauer (1974 - Almaniya, “Bavariya”)
9. Hans-Qeorq Şvartsenbek (1974 - Almaniya, “Bavariya”)
10. Zepp Mayer (1974 - Almaniya, “Bavariya”)
11. Yupp Kapellmann (1974 - Almaniya, “Bavariya”)
 

writer photo
Əlirza Əlirzalı
0