“Çelsi”nin yarımmüdafiəçisinə müştəri
30.12.2023 - 21:40
“Çelsi”nin yarımmüdafiəçisinə müştəri

“Çelsi”nin futbolçusu Konor Qallaher qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Tottenhem”in maraq dairəsindədir.

Tərəflər keçidlə bağlı danışıqlara da start verib. Transferin 40 milyon avroya reallaşacağı gözlənilir. “Zadəganlar” öncədən 50-55 milyon avro istəsə də, güzəştə getməyə razılaşıb.

Qeyd edək ki, London klubunun yetirməsi olan Qallaher əsas komandada 2022-ci ilin avqustunda debüt edib.
 

writer photo
Əlirza Əlirzalı
0