"Neftçi" yenə xal itirdi - YENİLƏNİB
10.08.2024 - 22:59
"Neftçi" yenə xal itirdi - YENİLƏNİB

Premyer liqanın II turunun 2-ci oyun gününə Bayılda yekun vurulub.

Apasport.az xəbər verir ki, "Səbail" paytaxtın digər təmsilçisi "Neftçi"ni qonaq edib.

Meydan sahibləri mövsümün açılış turunda "Zirə"yə məğlub olubsa da, qonaqlar öz meydanında "Turan Tovuz"la "sülh" bağlayıb. Komandalar bu dəfə hərəyə 1 xalla kifayətlənməli olub.

"Neftçi" ilk hissəni qalib başa vursa da, "Səbail" ikinci hissənin əvvəllərində qolun əvəzini çıxmağı bacarıb. Matçın qalan vaxtı ərzində qol vurulmayıb.

Azərbaycan Premyer Liqası

II tur

21:00. "Səbail" - "Neftçi" 0:1

Qollar: Y. Matias, 24 - D. Litvin, 48

"Səbail”: 1. Hüseynəli Quliyev, 77. Fərid Nəbiyev, 15. Vüsal Məsimov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (k), 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev

"Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 23. Robert Bauer, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon

Baş məşqçi: Roman Qriqorçuk

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Bakı. "ASCO Arena"

writer photo
Əlirza Əlirzalı
0