“Fənərbaxça”dan seriyaya davam, “Beşiktaş”dan acı məğlubiyyət
06.10.2023 - 01:18
“Fənərbaxça”dan seriyaya davam, “Beşiktaş”dan acı məğlubiyyət

“Fənərbaxça” Konfrans Liqasında növbəti qələbəsini qazanıb.

Apasport.az saytı xəbər verir ki, “sar-lacivərdlilər” səfərdə “Spartak Trnava”ya qalib gəliblər.

Digər Türkiyə təmsilçisi “Beşiktaş” evdə qələbə hesabını qoruya bilməyib. “Qara qartallar” son 10 dəqiqədə iki top fərqli üstünlüyü əldən veriblər. “Luqano” 3 qol vuraraq, çətin səfərdən üç xalla dönüb.   

Konfrans Liqasi, qrup mərhələsi
II tur
21 sentyabr
A qrupu

“Olimpiya” – “Slovan” – 0:1
“Klaksvik” – “Lill” – 0:0 

B qrupu
“Breydablik” – “Zarya” – 0:1
“Gent” – “Makkabi” – 2:0

C qrupu
“Astana” – “Viktoriya” – 1:2
“Ballkani” – “Dinamo” (Zaqreb) – 2:0

D qrupu
“Bude-Qlimt” – “Brügge” – 0:1
“Besiktas” – “Luqano” – 2:3

E qrupu
“Aston Villa” – “Zrinski” – 1:0
“Alkmaar” – “Legiya” – 1:0

F qrupu
“Çukariçki” – “Genk” – 0:2
“Fiorentina” – “Ferentsvaros” – 2:2

G qrupu
PAOK – “Ayntraxt” – 2:1
“Aberdin” – “Helsinki” – 1:1

H qrupu
“Spartak” (Trnava) – “Fənərbaxça” – 1:2
“Norselland” – “Ludoqorets” – 7:1
 

writer photo
Əlirza Əlirzalı
0