FİFA Hakimlər Komitəsinin rəhbəri: “Göyərmiş gözü isə dəhşətli bir kadr idi”
13.12.2023 - 20:45
FİFA Hakimlər Komitəsinin rəhbəri: “Göyərmiş gözü isə dəhşətli bir kadr idi”

“Çox yaxşı bir hakim və insandır. Ankarada olanlara layiq deyildi”.

Apasport.az xəbər verir ki, bunu FİFA Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina türkiyəli referi Halil Umut Melerə qarşı şiddəti şərh edərkən deyib.

Sabiq referinin yaşanan olaya münasibəti belə olub: “Yerə yıxılan Melerin vurulan təpiklər zamanı üzünü tutması görüntüsü qorxunc idi. Göyərmiş gözü isə dəhşətli bir kadr idi. Ancaq daha da qorxulu olanı aşağı liqalarda hakimlərin şiddətə məruz qalmasıdır. Referi səhv də olsa, belə döyülməməlidir. Penalti qərarına görə avtomobili partladırılmamalı, yandırılmamalıdır. Təəssüf ki, heç nəyi şişirtmirəm. Bəzi ölkələrdə bu adi hala çevrilib. Hərəkətə keçmək, nələrsə etməliyik. Çox gec olmadan, bu xərçəng futbolu öldürmədən məhv edilməlidir”.

Qeyd edək ki, Halil Umut Meler Türkiyə Superliqasnın 15-ci turunun 1:1 hesabı ilə bitən “Ankaragücü” – “Rizəspor” matçından sonra “Ankaragücü”nün prezidenti Faruk Kocanın yumruq zərbəsinə məruz qalıb. Hakimə hücum edən və artıq istefa verən sabiq rəhbərlə klubun digər nümayəndələri polis tərəfindən saxlanılıb.

 

writer photo
Əlirza Əlirzalı
0