FIFA-nın xəbərdarlığı işə yaradı: 7 federasiya “One Love”dən imtina etdi
21.11.2022 - 15:17
FIFA-nın xəbərdarlığı işə yaradı: 7 federasiya “One Love”dən imtina etdi

İngiltərə, Uels, Belçika, Danimarka, Almaniya, Niderland və İsveçrə FIFA-nın xəbərdarlığından sonra dünya çempionatında “One Love” yazılan kapitanlıq sarğısı taxmaqdan imtina ediblər.

Apasport.az saytının məlumatına görə, bu barədə adıçəkilən ölkələrin federasiyaları birgə bəyanat yayıblar.

Vurğulanıb ki, qərar barədə kapitanlar məlumatlandırılıb: “FIFA açıq şəkildə bildirdi ki, kapitanlarımız meydançada göy qurşağı sarğısı taxarsa, idman sanksiyaları tətbiq edəcək. Milli federasiyalar olaraq biz futbolçularımızı idman sanksiyaları, o cümlədən xəbərdarlıqlarla üzləşə biləcək vəziyyətə sala bilmərik. Ona görə də kapitanlardan dünya çempionatı oyunlarında onları geyinməmələrini xahiş etdik”.

Bəyanatda həmçinin federasiyaların FIFA-nın hərəkətlərindən məyus olduqları və “One Love”ni başqa yollarla dəstəkləyəcəkləri vurğulanıb.

Qeyd edək ki, qərara əsasən, kapitanlar meydana “One Love” kapitanlıq sarğısında çıxsalar, startdan əvvəl sarı vərəqə alacaqlar.

writer photo
Əlirza Əlirzalı
0