21 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının finalçıları müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, həlledici oyunda İngiltərə və İspaniya yığmaları qarşılaşacaqlar.
Turnirin ən sürpriz komandası İsrail bu dəfə eyni uğuru təkrarlaya bilməyib. İsraillilər ingilis həmkarlarına uduzublar. İngiltərə turnirdə ardıcıl beşinci qələbəsini qazanıb.
Digər görüşdə İspaniya millisi çətinlik çəkmədən qalib gəlib. Startda qol buraxan pireneylilər sonradan Ukraynanın qapısından 5 top keçiriblər.
Qeyd edək ki, İngiltərə - İspaniya finalı iyulun 8-də keçiriləcək.
U-21 Avropa çempionatı
Yarımfinal
İsrail – İngiltərə – 0:3
İspaniya – Ukrayna – 5:1
İngiltərə - İspaniya finalı
06.07.2023 - 01:14
0
0