Bukmeker kontorlarında daha bir böyük mərc qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevər DÇ-2022-nin Argentina və Fransa arasındakı final matçında risk edib.
O, qarşılaşmanın Üst bitəcəyinə 2 milyon 171 min 000 rubl (56 min 663,10 manat) yatırıb. Həmin vaxt təkli kuponun əmsalı 1,65-ə bərabər olub.
Better ikinci hissənin sonlarında sevinib. Fransa buraxdığı iki qoldan birinin cavabını verəndə bukmeker kontorunun müştərisini zənginləşdirib. Kilian Mbappenin penaltisi onun 3 milyon 582 min 150 rubl (93 min 494,11 manat) uduşa sahib çıxdığını rəsmiləşdirib.
Qeyd edək ki, əsas vaxtı 2:2 hesabı ilə bitən görüşün əlavə yarım saatında komandalar hərəyə bir dəfə fərqlənib – 3:3. Penaltilər seriyasında isə Argentina sevinib – 4:2.