Fransa – Mərakeş: Kim şanslıdır?
14.12.2022 - 11:00
DÇ-2022-nin yarımfinal mərhələsinin bu gün keçiriləcək Fransa – Mərakeş görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları bu qarşılaşmada son dünya çempionunu favorit sayırlar.
Qətərdəki oyunda Avropa təmsilçisinin qələbəsi 1,55, afrikalıların uğuru 7,90 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,08 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0