“Biz bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Sabah “Qarabağ”a qarşı yüksək əzimlə mübarizə aparacağıq. Qrupda ilk qələbəmizi qazanmaq istəyirik”.
Apasport.az xəbər verir ki, bu sözləri “Hakken”nin futbolçusu Simon Qustavson deyib.
Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda “Qarabağ”la keçiriləcək oyundan əvvəl mətbuat konfrasında iştirak edən kapitan komandada əhval-ruhiyyənin yüksəl olduğunu bildirib: “Baş məşqçimiz bizə daima motivasiya verir. Komandamızın düşərgəsində əhval-ruhiyyə yüksək səviyyədədir. “Qarabağ”ın heyətində güclü futbolçular çoxdur. İstər yerli futbolçular olsun, istərsə də legionerlər. Onlar barədə yüksək sözlər söyləmək olar. Əsasən, Marko Yankoviçin adını çəkə bilərəm. Onun böyük təcrübəsi var”.
Qeyd edək ki, “Qarabağ” - “Hekken” qarşılaşması sabah saat 21:45-də start götürəcək.