"Bavariya"nın ingilislə bağlı planları baş tutmadı
25.01.2024 - 11:17
"Bavariya" Kiran Tripyeni transfer etməkdən imtina edib.
Apasport.az xəbər verir ki, açıqlama "Bavariya"nın idman direktoru Kristof Freunddan gəlib.
O, Münhen təmsilçisinin "Nyukasl"ın müdafiəçisini heyətə qatmaq istəyini reallaşdıra bilmədiyini etiraf edib: “Bu mövzu bağlıdır. Müqavilə hər üç tərəfə - həm klublara, həm də oyunçulara uyğun olmalıdır. Təssüf ki anlaşma əldə etmək mümkün olmadı”.
Qeyd edək ki, İngiltərə millisinin də şərəfini qoruyan 33 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm iştirak etdiyi 28 matçda 8 ötürmə ilə yadda qalıb.
0
0