“Qalatasaray”dan TFF-ə şikayət
13.11.2023 - 12:53
“Qalatasaray”dan TFF-ə şikayət

“Qalatasaray” Bahattin Şimşeklə Emre Malokdan Türkiyə Futbol Federasiyasına (TFF) şikayət etməyə qərar verib.

Apasport.az xəbər verir ki, "Hatayspor"a 2:1 hesabı ilə uduzaraq liderliyi əldən verən "sarı-qırmızılar” hakimlikdən narazı qalıb.

İstanbul klubu matçın baş hakimi Bahattin Şimşek və VAR hakimi Emre Malokla bağlı TFF-ə şikayət etməyə hazırlaşır. Müraciətdə hər iki hakimin yenidən "Qalatasaray" matçına təyinat almamağı xahiş olunacaq.

Qeyd edək ki, “Hatayspor” oyunundan sonra “Cim-Bom”un çalışdırıcısı Okan Buruk da hakim idarəçiliyinə qarşı sərt münasibət bildirib.

writer photo
Əlirza Əlirzalı
0