“Neftçi” yenə qalib gələ bilmədi - YENİLƏNİB
22.04.2023 - 20:37
“Neftçi” yenə qalib gələ bilmədi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, XXXI turun 2-ci günündə 2 qarşılaşma baş tutub.

Mükafatçılar sırasında yerini təmin edən “Sabah” “Turan Tovuz”un qonağı olub. Bakılılar bu dəfə ötən dueldəki məğlubiyyətin əvəzini çıxıb.

“3-lük”də yerini təmin etmiş “Neftçi” Bakı derbisinə çıxıb. “Ağ-qaralar” çempionatın autsayderi “Səbail”in qonağı olub. Meydan sahibləri mövsümdə ilk dəfə bu rəqibindən xal almağı bacarıb. “Neftçi” çempionat və kubok matçları da daxil olmaqla, ardıcıl 3 matçdır ki, qələbəyə həsrətdir.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Misli Premyer Liqası
XXXI tur
22 aprel (şənbə)
16:00. “Turan Tovuz” – “Sabah” - 0:2
Qollar: 
Kaşşuk, 28, 66
Baş hakim: Cavid Cəlilov
“Turan Tovuz”: 1. Tərlan Əhmədli (k) 39. Sadiq Quliyev 7. Ehtiram Şahverdiyev 33. Eltun Turabov 8. Şakir Seyidov 6. Turan Vəlizadə 15. Vüsal Məsimov 17. Natan Oduva 24. Divine Naah 9. Belajdi Pusi 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev 77. Cavid Tağıyev 60. Səbayıl Bağırov 10. Xəyal Nəcəfov 22. Famil Camalov 21. Abbas Ağazadə 36. İzzət Müştaqov 44. Elçin Qasımov 97. Sadiq Şəfiyev 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov
“Sabah”: 12. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 10. Aleksey İsayev 9. Anatoli Nuriyev 2. Amin Seydiyev (k) 15. Kristian da Silva 7. Boyan Letiç 20. Coy Lens Mikels 99. Emmanuel Apeh 19. Con İrasabal 8. Aleksey Kaşşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev 16. Rustam Samigullin 4. Elvin Camalov 17. Tellur Mütəllimov 29. Ceyhun Nuriyev 21. İldar Alekperov 33. Camal Cəfərov 22. Seymur Məmmədov 11. Kristian Sebalyos 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev
Tovuz şəhər stadionu

18:30. “Səbail” – “Neftçi” - 1:1
Qollar: 
Çex, 32 – Boqomolski, 8
Baş hakim: Rəvan Həmzəzadə
“Səbail”: 1. Emil Balayev 10. Ağabala Ramazanov (k) 2. Adil Nağıyev 96. İlkin Muradov 15. Vüqar Həsənov 8. Elmir Tağıyev 99. David Qomis 30. Franko Mazurek 88. Matiya Lyuyiç 5. Petro Stasyuk 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 14. Rahid Əmirquliyev 9. Mirabdulla Abbasov 6. Cabir Əmirli 7. Ruslan Hacıyev 3. Turan Manafov 55. Nihad Qurbanlı 22. Samir Abdullayev 27. Emil Martinov 11. Qoba Zakpa 21. Kizito Luvaqa 23. Qustavo de Fransa
Baş məşqçi: Şahin Diniyev
“Neftçi”: 30. Aqil Məmmədov (k) 14. Eddi İsrafilov 3. Höccət Haqverdi 17. Rəhman Hacıyev 19. Azər Salahlı 26. Ömər Buludov 2. Mert Çelik 21. İsmayıl Zülfüqarlı 23. Ataa Caber 18. Vato Arveladze 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç 93. Rza Cəfərov 8. Emin Mahmudov 37. Elton Əlibəyli 41. Samir Həsənov 6. Voyislav Stankoviç 10. Sezar Meza Kolli 4. Solomon Kverkveliya 5. Kenni Sayef 22. Kilan Lebon 9. Mateus Saldanya
Baş məşqçi: Laurentsiu Regekampf
“ASCO Arena”

1

Qarabağ

31

24

6

1

77-20

78

2

Sabah

31

22

5

4

67-23

71

3

Neftçi

31

18

7

6

56-28

61

4

Qəbələ

30

11

9

10

38-37

42

5

Zirə

31

11

9

11

37-42

42

6

Turan Tovuz

31

7

8

16

24-42

29

7

Kəpəz

31

6

11

14

31-53

29

8

Sumqayıt

30

6

7

17

20-56

25

9

Şamaxı

31

4

11

16

25-46

23

10

Səbail

31

5

7

19

24-52

22

Bombardirlər: Musa Qurbanlı ("Qarabağ") – 20 qol, Ramil Şeydayev ("Qarabağ") – 18 qol, Coy Lens Mikels ("Sabah") – 17 qol, Emin Mahmudov ("Neftçi") – 15 qol

writer photo
Əlirza Əlirzalı
0