AFFA rəsmisinə UEFA-dan təyinat
27.11.2023 - 14:14
AFFA rəsmisinə UEFA-dan təyinat

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

O, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Millərlər Liqasında iş başında olacaq. Ağayeva dekabrın 5-də Belqrad şəhərində keçiriləcək Serbiya – Ukrayna oyununun UEFA nümayəndəsi kimi çalışacaq.

writer photo
Əlirza Əlirzalı
0