ÇL-də qeyri-adi statistika – tarixdə ikinci
05.10.2022 - 11:34
ÇL-də qeyri-adi statistika – tarixdə ikinci

“Atletiko”nun hücumçusu Anxel Korrea Çempionlar Liqasında (ÇL) qeyri-adi statistik göstərici ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində “Brügge” ilə səfər oyununda əvəzetmədən meydana daxil olmaqla bunu reallaşdırıb.

Komandasının 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmanın 33-cü dəqiqəsində Markos Lyorenteni əvəzləyən Argentina millisinin üzvü ÇL-də 36-cı dəfə sonradan mübarizəyə qoşulmaqla “Bavariya”nın sabiq hücumçusu Roke Santa Kruza çatıb. Bu baxımdan ikinci pilləyə şərik çıxan Korreanı indi yalnız Ole-Qunnar Sulşer qabaqlayır. “Mançester Yunayted”in əfsanəvi oyunçusu bu turnirdə 42 dəfə əvəzləmədən oyuna qoşulub.

Qeyd edək ki, cari mövsüm “Atletiko”nun heyətində 10 oyun keçirən Anxel Korrea bunun 9-da meydana sonradan daxil olub.

writer photo
Əlirza Əlirzalı
0