"Trabzonspor"dan "Hull Siti"yə
30.01.2024 - 13:23
"Trabzonspor"dan "Hull Siti"yə

"Trabzonspor"un heyətindən kənarlaşdırılan Abdülkadir Ömür "Hull Siti"yə keçidini tamamlamaq üçün İngiltərəyə yollanıb.

Apasport.az xəbər verir ki, Abdülkadir Ömürün bu gün sağlamlıq yoxlamasından keçdikdən sonra "Hull Siti" ilə müqavilə imzalaması gözlənilir.

Hər iki klubun rəsmilərinin transferlə bağlı prinsipial razılığa gəldiyi, futbolçunun transfer qiyməti və növbəti satışdan tələb olunacaq payla bağlı danışıqların davam etdiyi bildirilib.

İngiltərə mətbuatının məlumatına görə, "Hull Siti" bu transfer üçün 4 milyon funt-sterlinq transfer haqqı ödəyəcək.

Trabzondan ayrıldığı deyilən 24 yaşlı futbolçu tibbi müayinədən sonra bu gün İngiltərə komandası ilə müqavilə imzalayacağı gözlənilir. 

Qeyd edək ki, indiyədək "Trabzonspor"da 211 rəsmi matça çıxan Abdülkadir Ömür bu matçlarda 25 qol vurub, 36 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0