“Yeni formalaşmış komandayıq. Legionerlərin adaptasiyası üçün vaxt lazımdır”.
Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə deyib.
62 yaşlı mütəxəssis Misli Premyer Liqasının III turunun “Qəbələ” ilə ev oyunu barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Məğlub olduq. Futbolçuların fərdi səhvləri təsir etdi. Nəticəyə də bu təsir etdi. Müdafiədəki səhvlər oldu. Mövqeləri bağlamağı tapşırmışdıq. 2-3 epizodda diqqətsizlik oldu. Biz rəqibə imkanlar verirdik. Yaratdığımız imkanlardan yararlanmamağımız tələskənlik və ustalıq səviyyəsi ilə bağlıdır. Azarkeşlərin istefa şüarlarını normal qarşılayıram. Bu, futbolçulara da psixoloji pis təsir edir. Yaxşısını etməyə çalışırlar, amma alınmır”.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutan “Kəpəz” – “Qəbələ” matçında nominal qonaqlar 3:0 hesablı qələbə qazanıb.