İlin ən yaxşı baş məşqçisi – Karlo Ançelotti
25.08.2022 - 21:05
İlin ən yaxşı baş məşqçisi – Karlo Ançelotti

Avropada ilin ən yaxşı məşqçisinin adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mükafatın sahibi Çempionlar Liqasının 2022/23 mövsümünün qrup mərhələsinin püşkatması zamanı elan edilib.

Ən yaxşı adına Karlo Ançelotti (İtaliya, “Real”) sahib çıxıb. O, Pep Qvardiola (İspaniya, “Mançester Siti”) və Yurgen Kloppu (Almaniya, “Liverpul”) qabaqlayıb.

Qeyd edək ki, tədbirdə Çempionlar Liqasında ötən mövsümün ən yaxşı futbolçunun da adı bu gün açıqlanacaq.

writer photo
Əlirza Əlirzalı
0