"İnter" Buffonlu "Parma"nı yenib 1/4 finala çıxdı
11.01.2023 - 02:53
İtaliya Kubokunda 1/8 finala start verilib.
Apasport.az xəbər verir ki, "İnter" Milanda Seriya B təmsilçisi, 44 yaşlı Canluici Buffonun kapitanı olduğu "Parma"nı qəbul edib.
Görüşdə əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtın 110-cu dəqiqəsində Françesko Açerbinin qolu "İnter"in matçdan 2:1 qalib gəlməsinə səbəb olub.
Qeyd edək ki, "İnter"in 1/4 finaldakı rəqibi 19 yanvarda keçiriləcək "Atalanta" – "Spetsya" cütünün qalibi olacaq.
0
0