Premyer Liqa tarixində ən yaxşı penalti vuran futbolçular – “10-luq”
10.07.2022 - 17:51
Premyer Liqa tarixində ən yaxşı penalti vuran futbolçular – “10-luq”

İngiltərə Premyer Liqası tarixində ən yaxşı penalti yerinə yetirən 10 futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, araşdırma penalti sayı yox, yerinə yetirdiyi zərbələri ən çox qolla tamamlayan oyunçular üzərində aparılıb.

Minimum 10 belə zərbə vuranlar arasında aparılan araşdırmanın nəticəsinə əsasən, Yaya Ture hamıdan sərrastdır. İngiltərədə “Mançester Siti”nin formasını geyinmiş sabiq yarımmüdafiəçi yerinə yetirdiyi bütün penaltiləri qolla yekunlaşdıra bilib.

1. Yaya Ture
Mövqeyi: Yarımmüdafiəçi
Ölkəsi: Fil Dişi Sahili
Premyer Liqada oynadığı klub: “Mançester Siti”
Vurduğu penalti sayı: 11
Penaltidən vurduğu qol sayı: 11
Penaltilərinin qolla nəticələnmə faizi: 100 faiz

2. Mettyu Le Tisser
Mövqeyi: Yarımmüdafiəçi
Ölkəsi: İngiltərə
Oynadığı klub: “Sauthempton”
Vurduğu penalti sayı: 26
Penaltidən vurduğu qol sayı: 25
Penaltilərinin qolla nəticələnmə faizi: 96 faiz

3. Denni Mörfi
Mövqeyi: Yarımmüdafiəçi
Ölkəsi: İngiltərə
Oynadığı klublar: “Liverpul”, “Çarlton”, “Tottenhem”, “Fulhem”
Vurduğu penalti sayı: 19
Penaltidən vurduğu qol sayı: 18
Penaltilərinin qolla nəticələnmə faizi: 95 faiz

4-5. Ceyms Bitti
Mövqeyi: Hücumçu
Ölkəsi: İngiltərə
Oynadığı klublar: “Blekbörn”, “Sauthempton”, “Everton” “Stok Siti”, “Blekpul”
Vurduğu penalti sayı: 17
Penaltidən vurduğu qol sayı: 16
Penaltilərinin qolla nəticələnmə faizi: 94 faiz

4-5. Yulian Diks
Mövqeyi: Müdafiəçi
Ölkəsi: İngiltərə
Oynadığı klublar: “Liverpul”, “Vest Hem”
Vurduğu penalti sayı: 16
Penaltidən vurduğu qol sayı: 15
Penaltilərinin qolla nəticələnmə faizi: 94 faiz

6-7. Tyerri Anri
Mövqeyi: Hücumçu
Ölkəsi: Fransa
Oynadığı klublar: “Arsenal”
Vurduğu penalti sayı: 25
Penaltidən vurduğu qol sayı: 23
Penaltilərinin qolla nəticələnmə faizi: 92 faiz

6-7. Kallum Uilson
Mövqeyi: Hücumçu
Ölkəsi: İngiltərə
Oynadığı klublar: “Bornmut”, “Nyukasl”
Vurduğu penalti sayı: 12
Penaltidən vurduğu qol sayı: 11
Penaltilərinin qolla nəticələnmə faizi: 92 faiz

8-10. Leyton Beyns
Mövqeyi: Müdafiəçi
Ölkəsi: İngiltərə
Oynadığı klublar: “Viqan”, “Everton”
Vurduğu penalti sayı: 22
Penaltidən vurduğu qol sayı: 20
Penaltilərinin qolla nəticələnmə faizi: 91 faiz

8-10. Qari Spid
Mövqeyi: Yarımmüdafiəçi
Ölkəsi: Uels
Oynadığı klublar: “Lids”, “Everton”, “Nyukasl”, “Bolton”
Vurduğu penalti sayı: 11
Penaltidən vurduğu qol sayı: 10
Penaltilərinin qolla nəticələnmə faizi: 91 faiz

8-10. Frenk Leböf
Mövqeyi: Müdafiəçi
Ölkəsi: Fransa
Oynadığı klublar: “Çelsi”
Vurduğu penalti sayı: 11
Penaltidən vurduğu qol sayı: 10
Penaltilərinin qolla nəticələnmə faizi: 91 faiz


 

writer photo
Əlirza Əlirzalı
0