İran millisinin qapıçısı mundialla vidalaşdı
22.11.2022 - 09:20
İran millisinin qapıçısı mundialla vidalaşdı

DÇ-2022-nin I turu çərçivəsində İngiltərə ilə oyunda zədələnən İran millisinin qapıçısı Əlirza Beyrənvandın durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 30 yaşlı qolkiperin mundialın qalan matçlarını buraxacaq.

"Persepolis"in "çərçivə qoruyucusu" görüşdə komanda yoldaşı ilə toqquşaraq xəsarət alıb. Matçı davam etdirə bilməyən Beyrənvand 20-ci dəqiqədə ehtiyat qapıçı Hüseyn Hüseyni ilə əvəzlənib.

Qeyd edək ki, qarşılaşma İngiltərə millisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
 

writer photo
Əlirza Əlirzalı
0