Hannibal Mejbri La Liqa yolunda
30.12.2023 - 23:20
Hannibal Mejbri La Liqa yolunda

“Sevilya” İngiltərə Premyer Liqasından oyunçu almağa hazırlaşır.

Apasport.az xəbər verir ki, İspaniya klubu 
"Mançester Yunayted"in yarımmüdafiəçisi Hannibal Mejbriyə elçi düşüb.

20 yaşlı futbolçunun oyunu Əndəlüs təmsilçisinin diqqətini cəlb edib. Futbolçunun mövsümün sonunda  İspaniyaya köçmək şansı var. Danışıqlara yaxın günlərdə başlamaq istəyən komanda rəhbərliyi Tunis millisinin üzvünü yanvarda icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 10 matçda iştirak edən Mejbri 1 qolla yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0