“Dünya çempionatını televizorda izləmək mənim başıma gələn ən pis şeydir. Çətindir".
Apasport.az xəbər verir ki, bunu Xorvatiya millisinin sabiq futbolçusu İvan Rakitiç deyib.
"Barselona"nın sabiq yarımmüdafiəçisi Xorvatiya millisini kənarda izləməyin onun üçün çətin olduğunu bildirib: "Mənim üçün bu, yeni təcrübədir. Bu çətindir, çünki əsəbiləşirsən, sevinirsən, amma heç bir şəkildə kömək edə bilmirsən. Meydanda olmaq daha xoşdur".
Qeyd edək ki, 34 yaşlı futbolçu 21 sentyabr 2020-ci ildə Xorvatiya millisindəki karyerasını başa vurduğunu elan edib. Milli komandada oynadığı bütün müddət ərzində İvan Rakitiç 106 oyun keçirib və 15 qol vurub.