“Çelsi”nin yarımmüdafiəçisi NQolo Kante hələ də zədəsini sağaltmayıb.
Apasport.az xəbər verir ki, baş məşqçi Qrem Poter 31 yaşlı fransalı futbolçunun yalnız fevralın sonu və ya martın əvvəlində qayıdacağını təsdiqləyib.
Həmçinin, jurnalist Fabritsio Romanonun mənbələri Kantenin mövsümün sonunda "Çelsi"ni pulsuz olaraq tərk edə biləcəyini deyirlər.
Qeyd edək ki, yarımmüdafiəçi bud nahiyəsindən aldığı zədə səbəbindən oktyabrda əməliyyat olunub. NQolo Kante sonuncu dəfə avqustun 14-də oynayıb. O bu mövsüm Premyer Liqada cəmi 2 oyun keçirib. Zədə səbəbindən Kante dünya çempionatındakı heyətdə yer almayıb.