“Mançester Siti”dən “Yuventus”a təklif
01.08.2022 - 14:53
“Mançester Siti”dən “Yuventus”a təklif

“Mançester Siti” Artur Melonu heyətinə qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Yuventus”un braziliyalı yarımmüdafiəçisi üçün İlkay Gündoğanı verməyə hazırdır.

Premyer Liqa təmsilçisi oyunçuların dəyişdirilməsi üçün təklif göndərmək istəyir. Artur “Valensiya”nın da hədəfindədir.

Qeyd edək ki, Melo 2020-ci ildə “Barselona”dan “Yuventus”a keçib.
 

writer photo
Əlirza Əlirzalı
0