Derbi KUPONU
31.05.2022 - 16:44
Derbi KUPONU

Bu gün İsveç çempionatında “Team” – “Umea” oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, 3-cü liqanın qarşılaşması bütün dünya proqnozsevərlərinin maraq dairəsindədir.

Bu da gün ərzindəki matçların sayının azlığı ilə bağlıdır. Oyunla bağlı təxminini proqnozsevərlərlə bölüşənlər arasında ingiltərəli futbol eksperti Çarli Ruuds da var.

“Arsenal” fanatı olan mütəxəssis İsveç çempionatının görüşünə 4,5 əmsallıq kupon hazırlayıb:

Bu qarşılaşma rəqiblər üçün derbi sayılır. Komandalar nəinki eyni şəhəri təmsil edir, hətta hər ikisi ev matçlarını bir arenada keçirir. 

“Team” sonuncu pillədən qurtulmaq üçün mübarizə aparır. Keçirdiyi 9 matçın hamısında uduzan autsayder hər qarşılaşmada ən azı 3 top buraxır. Bu görüşlərin altısında top fərqi 2 və ya daha çox olub.

Liqada qalma zonasından 10 xal uzaq düşən “Team”ın mövsümün sonunadək problemlər məngənəsində olacağı gözlənilir. Düzdür, derbilərdə komandaların hansı formada olması heç də həlledici sayılmır. Ancaq çətin ki, bunu “Team”a şamil etmək olar.

Cəmi üç qələbəsi olan “Umea” da yaxşı formada deyil. Amma rəqibin durumunu nəzərə alsaq, qonaqların bu qarşılaşmada qalib gəlməsi qaçılmazdır. “Umea”nın qələbəsinin əmsalı aşağı olduğundan bu matç üçün üç variantı birləşdirməyi lazım bilirəm.

Proqnozum: “Umea” hər iki hissədə qalib gələcək, “Team” qol vurmayacaq, Üst gələcək

writer photo
Əlirza Əlirzalı
0