“Bütün yarışlarda favoritim Argentinadır”.
Bunu apasport.az saytına açıqlamasında “Kəpəz”in nigeriyalı futbolçusu Ahmed Ayzaya noyabrın 20-də startı veriləcək dünya çempionatı barədə fikir bildirərkən deyib.
27 yaşlı yarımmüdafiəçi Qətərdəki mundialda Argentina yığmasına azarkeşlik edəcəyini bildirib: “Tamaşaçıları maraqlı turnir gözləyir. Komandalar arasında gərgin mübarizə olacaq. Burada iddialı millilər var. Dünya çempionatı böyük futbol bayramıdır. Həmişə Argentinaya azarkeşlik etmişəm. Gözləntim odur ki, bu il Lionel Messi və onun komanda yoldaşları Argentinaya dünya çempionluğunu qazandıracaq”.
Qeyd edək ki, Qətərlə Ekvador arasında keçiriləcək açılış oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.