"Klubu satmaq fikrim yoxdur"
18.03.2024 - 21:46
"Latsio"nun prezidenti Klaudio Lotito klubun satışda olduğu və alıcı axtardığı ilə bağlı yayılan xəbərləri təkzib edib.
Apasport.az xəbər verir ki, bu barədə o, "Messagero"ya açıqlama verib:
"Mən kluba kömək edə biləcək və ya nəzarəti ələ keçirə biləcək alıcılar axtarmaq üçün məsləhətçilər qrupuna heç bir göstəriş verməmişəm. Bunların hamısı yalandır, saf uydurmadır. Klubu satmaq fikrim yoxdur”.
Qeyd edək ki, "qartallar" İtaliya A Seriyasında 29 turdan sonra 43 xalla 9-cu pillədə qərarlaşıb.
0
0