Konfrans Liqasında 4 duel
27.07.2022 - 12:11
Konfrans Liqasında 4 duel

Konfrans Liqasında III təsnifat mərhələsinin daha 4 iştirakçısı müəyyənləşəcək.

Apasport.az saytının məlumatına görə, bu komandalar II təsnifat mərhələsinin cavab görüşlərindən sonra bəlli olacaq.

Azərbaycan təmsilçisi “Zirə”nin mümkün rəqibi Belarusda bilinəcək. İsrail “Makkabi”si ilə qarşılaşacaq Bakı klubunun potensial rəqibləri “Qomel”lə Yunanıstan “Aris”i böyük ölçüdə formal cavab matçına çıxacaq.

⚽  19:00. “İnter” – ÇFR
(ilk oyun – 0:3)
⚽  21:00. AİK – “Vorskla”
(ilk oyun – 2:3)
⚽  22:00. “Qomel” – “Aris”
(ilk oyun – 1:5)
⚽  22:00. “Klaksvik” – “Sutyeska”
(ilk oyun – 0:0)
 

writer photo
Əlirza Əlirzalı
0