Konfrans Liqasında qrupda son oyunlar
03.11.2022 - 10:49
Konfrans Liqasında qrupda son oyunlar

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, VI tur çərçivəsində 16 oyun keçiriləcək.

Bu qarşılaşmalar tur adlayacaq 8 komandanı müəyyənləşdirəcək. Artıq üç iştirakçı 1/8 finala yüksəlibsə, 5 komanda mərhələ keçdiyini rəsmiləşdirib.

İlk beş turdan sonra “Vest Hem”, “Vilyarreal” və “Yurqorden” 1/8 finala yüksəlib. “Başakşəhər”, “Fiorentina”, “Alkmaar”, “Dnepr” və “Sivasspor” qrupdan çıxsa da, 1/8 final və ya pley-offda oynayacağı dəqiqləşməyib.

Qeyd edək ki, pley-offun səkkiz iştirakçısı Avropa Liqasının qrup üçüncüləri olacaq. Bu komandalardan birinin AEK olması dəqiqləşib.

A qrupu
⚽  19:30. RFS – “Fiorentina”
⚽  19:30. “Başakşəhər” – “Harts”

B qrupu
⚽  00:00. “Styaua” – “Vest Hem”
⚽  00:00. “Silkeborq” – “Anderlext”

C qrupu
⚽  00:00. “Lex” – “Vilyarreal”
⚽  00:00. “Hapoel” BŞ – “Austriya”

D qrupu
⚽  00:00. “Partizan” – “Slovaçko”
⚽  00:00. “Köln” – “Nitsa”

E qrupu
⚽  21:45. “Apollon” – “Vaduts”
⚽  21:45. “Alkmaar” – “Dnepr-1”

F qrupu
⚽  21:45. “Yurqorden” – “Şemrok Rovers”
⚽  21:45. “Gent” – “Molde”

G qrupu
⚽  21:45. “Slaviya” – “Sivasspor”
⚽  21:45. ÇFR – “Ballkani”

H qrupu
⚽  21:45. “Jalgiris” – “Slovan”
⚽  21:45. “Pünik” – “Bazel”
 

writer photo
Əlirza Əlirzalı
0