Millətlər Liqasının II turunun ilk günündə diqqətlər A liqasına yönələcək.
Apasport.az saytının məlumatına görə, gəncləşmiş heyəti ilə istənilən yarışda favorit sayılmağa layiq İspaniya Çexiyanın qonağı olacaq.
Futbol ekspertləri bu qarşılaşmaya proqnozlarını verməkdən çəkinmir. Onlar arasında Maksim Salivon da var. O, qarşılaşmaya təkli kupon təklif edir:
Çexiyanın paytaxtı Praqada ölkənin əsas komandası İspaniya millisini “Sinobo” stadionunda qəbul edəcək. Meydan sahibləri A liqasına yaxınlarda yüksəlib. İndi də onlar burada möhkəmlənmək istəyir. Bunun üçün böyük komandalarla matçlarda qələbələr lazımdır.
Düzdür, ilk turun Portuqaliya ilə matçında İspaniya böyük yüklənməyə məruz qalıb. Buna baxmayaraq, pireneylilərin yetərincə ehtiyat qüvvəsi var. Yəqin ki, Luis Enrike heyətdə rotasiyalar aparacaq.
Bu üzdən də qonaqların özünü ən yaxşı tərəfdən göstərə biləcəyini düşünürəm. Asan olmayan mübarizədə onlar üç xal qazanacaq. Bu futbolçuların fərdi ustalıq keyfiyyətlərinin rəqibdən xeyli yuxarı olması ilə əsaslandırıram.
Proqnozum: 2