Mərakeş - Portuqaliya: Kim şanslıdır?
10.12.2022 - 11:13
Mərakeş - Portuqaliya: Kim şanslıdır?

DÇ-2022-nin 1/4 final mərhələsinin bu gün keçiriləcək Mərakeş - Portuqaliya görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları bu qarşılaşmada Avropa təmsilçisini favorit sayırlar.

Qətərdəki oyunda Portuqaliyanın qələbəsi 1,74, Mərakeşin uğuru 5,65 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,74 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0