Münhendə “qol yağışı”, "Benfika" Lissabonda uduzdu
21.09.2023 - 00:56
Münhendə “qol yağışı”, "Benfika" Lissabonda uduzdu

Çempionlar Liqasında 1-ci turuna yekun vurulub.

Apasport.az saytı xəbər verir ki, “Arsenal” öz meydanında böyükhesablı qələbə qazanıb.

“Topçular” PSV-nin qapısından 4 cavabsız top keçiriblər. Digər ingilis təmsilçisi “Mançester Yunayted” səfərdə uduzub. Münhendə “Bavariya” ilə görüş məhsuldar alınıb. 7 qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Harri Keyn həmyerliləri ilə oyunda bir qol və bir ötürmə ilə yadda qalıb.

“Benfika” öz meydanında gözlənilməz məğlubiyyət alıb.  Oyunun əvvəlində qırmızı vərəqə alan Lissabon klubu “Zalsburq”a uduzub.

Çempionlar Liqası, qrup mərhələsi
20 sentyabr
A qrupu
“Qalatasaray” – “Kopenhagen” - 2:2
Qollar:
Boey, 86. Tete, 88 - Elyunissi, 35. Qonçalves, 58
“Bavariya” – “Mançester Yunayted” - 4:3
Qollar:
Sane, 28. Gnabri, 32. Keyn, 53. Tel, 90+2 - Hoylund, 49. Kazemiro, 88; 90+5

B qrupu
“Arsenal” – PSV - 4:0
Qollar:
Saka, 5. Trossar, 20. Qabriel Jezus, 38. Odeqaard, 70
“Sevilya” – “Lans” - 1:1
Qollar:
Okampos, 9 - Fulgini, 24

C qrupu
“Real” – “Yunion Berlin” - 1:0
Qol:
Bellingem, 90+4
“Braqa” – “Napoli” - 1:2
Qol:
Bruma, 84 - Di Lorenso, 45+1. Niakate, 88 (öz qapısına)

D qrupu
“Benfika” – “Zalsburq” - 0:2
Qol:
Simiç, 15 (pen.). Qlux, 51
“Real Sosyedad” – “İnter” - 1:1
Qol:
Mendes, 4 - Lautaro Martines, 87

 

writer photo
Əlirza Əlirzalı
0