Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları böyük mərclə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, proqnozsevərlərdən biri “Milan” – “Napoli” matçına böyük vəsait yatırıb.
Müştəri 270 min rublla (5 min 589 manat) risk edib. O, İtaliya klublarının duelində qonaqların qələbəsinə pul qoyub.
Həmin vaxt neapolluların uğuru 3,10 əmsalla dəyərləndirilib. Böyük qazanc əldə etmək istəyən betterin arzusunu “Milan” gözündə qoyub. 1:0 hesabı ilə qalib gələn meydan sahibləri proqnozsevərin deyil, kontorun uduşuna səbəb olub.
Qeyd edək ki, “Napoli” qalib gəlsəydi, better 837 min rubl (17 min 325,9 manat) uduş əldə edəcəkdi.