Bu gün Millətlər Liqasında növbəti oyunlar keçiriləcək.
Apasport.az saytının məlumatına görə, günün ən böyük maraq kəsb edən oyununda İtaliya və Almaniya üz-üzə gələcək.
Nəhənglərin Bolonyadakı savaşı bukmekerlərin, proqnozsevərlərin və ekspertlərin də diqqət mərkəzindədir. Futbol eksperti Maksim Sallivon da bu görüşə təkli kupon təklif edir:
Bolonyadakı “Renato Dal Ara” stadionu Millətlər Liqasının İtaliya – Almaniya oyununu qəbul edəcək. Roberto Mançini və Hans Flikin komandaları ən yüksək vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır. Demək ki, bizi istisnasız yüksək səviyyəli futbol gözləyir.
Hesab edirəm ki, hər iki komandanın qol vurmaq ehtimalı yüksəkdir. Belə düşünməyə əsas verən bir neçə səbəb var.
Birincisi, təxminən eyni səviyyəli komandalar görüşür. Tərəflər oyunçu seçiminə görə də demək olar ki, bərabərdir.
İkincisi isə şəxsi oyunlardakı rəqəmlərdir. Son 5 matçın dördündə Q/Q gəlib. Bu göstərir ki, həm meydan sahibləri, həm qonaqlar qol vura bilər. Hesab edirəm ki, bu variant ən düzgün olanıdır.
Proqnozum: Q/Q