Niderlandın 4 ən böyük şəhəri – Amsterdam, Haaqa, Rotterdam və Utrext futbol üzrə dünya çempionatının 1/2 final mərhələsinin Fransa – Mərakeş matçını ictimaiyyətə göstərməkdən imtina edib.
Apasport.az nu.nl-a istinadən xəbər verir ki, bu şəhərlərin rəhbərliyi mümkün iğtişaşlara görə matçları böyük ekranda izlətməmək qərarına gəlib.
Bundan əvvəl Mərakeş millisi dünya çempionatının pley-off mərhələsinə çıxdıqdan sonra Niderlandda küçə iğtişaşlarında iştirak etdiyinə görə 20 nəfər saxlanılıb. Həmçinin, polis Fransa və Belçikada da iğtişaşlarla üzləşib.
Qeyd edək ki, Fransa və Mərakeş milli komandaları arasında oyun sabah keçiriləcək.