Mourinyo: “Messi pornoqrafik film kimidir, onu sevsələr də...”
30.04.2023 - 12:25
Mourinyo: “Messi pornoqrafik film kimidir, onu sevsələr də...”

Portuqaliyalı məşqçi Joze Mourinyo yenidən qeyri-adi açıqlaması ilə diqqətləri özünə cəlb edib.

Apasport.az saytı xəbər verir ki, 60 yaşlı mütəxəssis Argentina millisinin kapitanı Lionel Messini pornoqrafik filmə bənzədib.

“Roma”nın baş məşqçisi bildirib ki, PSJ-nin futbolçusunu hamı sevir, lakin boynuna almır: “Messi pornoqrafik film kimidir. Hər kəs onu izləməyi sevsə də, bunu inkar edir”.

Futbolçunun oyununu çox bəyəndiyini və çıxış etdiyi komandalara güc qatdığını deyən portuqaliyalı 35 yaşlı hücumçunun matçı izləyən insana həzz verdiyini vurğulayıb.

writer photo
Əlirza Əlirzalı
0