Bu gün DÇ-2022-də B qrupunda mübarizəyə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin III turunun hər iki oyunu eyni vaxtda start götürüb.
1/8 finala iki vəsiqənin sahibinin müəyyənləşəcəyi qarşılaşmalarda bütün komandaların qrupdan çıxmaq şansı qalmışdı.
Britaniyalıların duelində İngiltərə Uelsə heç bir şans verməyib. 3:0 hesabı ilə qalib gələn ingilislər qrup qalibi kimi adını növbəti mərhələyə yazdırıb.
Təkcə günün deyil, bəlkə də bütün qrup mərhələsinin ən prinsipial duelində İranla ABŞ qarşılaşıb. Üç xal qazanacaq komanda 1/8 finala yüksələcəkdi. Bu gərgin qarşıdurmanın taleyini bir qol həll edib. Kristian Pulişiçin qolu amerikalıları 1/8 finala yüksəldib.
Qeyd edək ki, III turun ilk oyun günündən sonra A qrupundan Niderland və Seneqal növbəti mərhələyə adlayıb. Beləliklə, 1/8 finalda Niderland ABŞ-la, İngiltərə isə Seneqalla üz-üzə gələcək.
DÇ-2022, qrup mərhələsi
B qrupu
III tur, 29 noyabr
23:00. Uels – İngiltərə 0:3
Qollar: Markus Reşford, 50, 68, Fil Foden, 51
23:00. İran – ABŞ 0:1
Qol: Kristian Pulişiç, 38
1 |
İngiltərə |
3 |
2 |
1 |
0 |
9-2 |
7 |
2 |
ABŞ |
3 |
1 |
2 |
0 |
2-1 |
5 |
3 |
İran |
3 |
1 |
0 |
2 |
4-7 |
3 |
4 |
Uels |
3 |
0 |
1 |
2 |
1-6 |
1 |