Olimpiya oyunlarının yayımında azərbaycanlılar
12.10.2023 - 12:03
Olimpiya oyunlarının yayımında azərbaycanlılar

Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarının yayımında Azərbaycan təmsilçiləri də iştirak edəcəklər.

Bakı Media Mərkəzindən apasport.az-a verilən məlumata görə, qurumun əməkdaşları Fransa paytaxtındakı yarışların yayımına dəvət alıblar.

Yayım prodüseri Tahir Əliyev və yayım rejissorunun assistenti Cavidan Şərifov Paris-2024-ün çəkilişlərinə cəlb ediliblər. Beləliklə, tarixdə ilk dəfə Olimpiya Oyunlarının yayımlanmasında azərbaycanlılar da təmsil olunacaq.

Qeyd edək ki, Fransa paytaxtındakı Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0