Paris-2024: Güləşçimiz medal üçün xalçaya çıxacaq - Günün proqramı
07.08.2024 - 09:38
Paris-2024: Güləşçimiz medal üçün xalçaya çıxacaq - Günün proqramı

Paris Yay Olimpiya oyunlarında yarışlar davam edir.

Apasport.az xəbər verir ki, 4 təmsilçimiz bu gün 2 növ üzrə yarışacaqlar.

Taekvondoçumuz Qaşım Maqomedov öz qüvvəsini sınayacaq. O, 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə qarşılaşacaq. 

Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yunan-Roma güləşi üzrə yarışlara 1/8 final mərhələsindən başlayacaqlar. Həsrət Misir təmsilçisi Mohamed Eısayed, Rafiq isə macarıstanlı David Losonçi ilə üz-üzə gələcək.

Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. 

writer photo
Əlirza Əlirzalı
0